
Şənbə günü Suriyaya İŞİD terror qruplaşmasına döyüşçü göndərən İmran Dasayev adlı xüsusi təhlükəli terrorçu yaxalanıb.
Gununsesi.info xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov İnstaqram səhifəsində yazıb.
“O, əvvəlcə Geldaqan kəndinə qaçmışdı. Onu “Minutka” meydanında “Orbita” ticarət mərkəzinin qarşısında mühasirəyə aldılar. Polis əməkdaşları ona təslim olmağı təklif etsə də, terrorçu onlara partlayıcı atıb. Lakin Dasayevi sağ ələ keçirmək mümkün olub”, – Kadırov qeyd edib.
Kadırov qeyd edib ki, ötən gün daha iki terrorçu ələ keçirilib və onlar Qroznıya gətirilir, həmçinin bütün banda zərərsizləşdirilib, 50 nəfər saxlanılıb: “Dasayev artıq ifadə verir, adlar çəkir və əldə edilən silahların mənbəyini deyir”.
Çeçen lider onu əlavə edib ki, Dasayev 2016-ci ilin payızında polis serjantı Ayuba Dautmirzayevanın ölümündə günahkar bilinir.
Gununsesi.info