
Çeçenistanın Şelkovsk rayonunda magistral yolda yüngülmotorlu təyyarə minik avtomobili ilə toqquşub.
Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə “Grozny.tv” məlumat verib.
Məlumata əsasən, “Rа 0508A” yüngülmotorlu təyyarə naməlum səbəbdən avtomobil yolundan havaya qalxmağa cəhd edərkən “İJ” markalı maşına çırpılıb.
Hadisə nəticəsində ağır xəsarət alan pilot xəstəxanaya yerləşdirilib. Polis hadisənin təfərrüatlarını araşdırır.
Gununsesi.info