
Çin və Honkonq aktyoru Ceki Çan kinematoqrafiyadakı uğurlarına görə “Oskar” mükafatı alacaq.
Gununsesi.info məlumat verir ki, təqdim etmə mərasimi 12 noyabr Los-Angelesdə olacaq. Çanla bərabər mükafata rejissor Frederik Uayzman, montajçı Enn Kouts və uğurlu aktyor seçiminə görə Linn Stalmaster layiq görülüb. Amerika kinoakademiyasının prezidenti Şeril Bun Ayzeks bildirib ki, “onlar bu sahədə əsl pionerdirlər”.
Qeyd edək ki, 62 yaşlı Ceki Şan 100-dən çox döyüş filmlərində rol alıb. Bütün filmlərdə təhlükəli səhnələrdə kaskadyordan heç istifadə etməyən yeganə aktyordur.
Gununsesi.info