Hollivudun məşhur aktyoru Ceki Çan səhhəti ilə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda 70 yaşı tamam olan ulduz aktyor sosial şəbəkədə yayılan ağ saçlı fotosundan danışıb.
“Bu yaxınlarda dostlarım internetdə bəzi şəkillərimi görüb, səhhətimdən narahat olublar. Narahat olmayın. Yeni filmim üçün yaşlı görünməli idim. Saçlarım və saqqalım film üçün ağ olmalı idi” – deyə aktyor bildirib.
Aktyorun yeni layihəsinin nə olduğu məlum deyil.
Mina
Gununsesi.info