Çelikdən ABŞ-a ÇAĞIRIŞ: Ərdoğanı diqqətlə dinlə!

  • By admin
  • 19 May 2021 14:29

ABŞ Dövlət Departamentinin prezidentimizi hədəf almasını kəskin şəkildə qınayırıq.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Tvitter hesabında qeyd edib.

“Prezidentimizi antisemitizmdə ittiham etmək əsassız və yanlış bir yanaşmadır. Bu, Prezidentimiz haqqında söylənən yalandır. ABŞ Dövlət Departamentini prezidentimizin fikirlərini diqqətlə dinləməyə dəvət edirik. Bu açıqlamanı edənlər Prezidentimizi diqqətlə dinləsələr, ədalət və sülh üçün addım atmış olacaqlar”, – Çelik bildirib.