Məşhur müğənni Selin Dion seçim kampaniayası öncəsi onun “My heart will go on” mahnısını icazəsiz istifadə edən Donald Trampa sərt reaksiya verib. Dion komandası musiqinin Trampın seçkisində istifadə olunmasını bəyənmədiklərini bildiriblər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Tramp keçmişdə də, Dionun mahnısından istifadə etmişdir. Lakin bu dəfə o, Dionun mahnısının videosunu da nümayiş etdirib.
Qeyd edək ki, Trampın seçki kampaniyasında başqa məşhur müğənnilərin – Harry Nilsson, Marvin Gaye, Dolly Parton və Elvisin əsərləri də səslənib.
Günel
Gununsesi.info