“Çelsi” 37 yaşlı futbolçu ilə müqaviləni uzadıb

  • By admin
  • 04 Yanvar 2022 00:02

İngiltərənin “Çelsi” klubu futbolçusu Tiaqo Silva ilə yeni müqavilə bağlayıb.

Gununsesi.info-nun “zadəganlar”ın rəsmi saytına istinadən məlumatına görə, 37 yaşlı müdafiəçi 2022/2023 mövsümünün sonunadək nəzərdə tutulan sözləşməyə imza atıb.

Braziliyalı oyunçu London komandasında ötən mövsümdən forma geyinir. “Sambaçı” cari mövsüm 17 matçda 2 qol vurub.

Xatırladaq ki, Tiaqo Silva daha əvvəl Fransanın PSJ, İtaliyanın “Milan”, Portuqaliyanın “Portu”, Braziliyanın “Juventude” və “Fluminense” klublarında çıxış edib.

 

Gununsesi.info