“Çelsi” 6 futbolçusu ilə vidalaşmaq istəyir – SİYAHI

  • By admin
  • 15 İyun 2020 10:25

İngiltərənin “Çelsi” klubu heyətində dəyişikliklər etməyə hazırlaşır. 

Gununsesi.org “The Sun” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 6 futbolçusunu satmaq niyyətindədir. Bunlar Temue Bakayoko, Mişi Batşuayi, Viktor Mozes, Daniel Drinkuoter, Davide Zappakosta və Emersondur.

“Zadəganlar” Almaniya “Leyptsiq”indən Timo Verner, Leverkuzen “Bayer”indən Kay Haverts və İngiltərənin “Lester” klubundan Ben Çilvelli heyətinə qatmaq istəyir.

“Çelsi”nin yay transfer dönəmindəki xərci 250 milyon funt sterlinq ola bilər.

 

Gununsesi.org