“Çelsi” 95 milyon avroluq təklifi rədd etdi

  • By admin
  • 04 Yanvar 2017 22:51

c

 

“Çelsi” futbolçusu Dieqo Kosta üçün Çinin “Tyançzin Çyançzyan” klubunun təklifini rədd edib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun sahibi Roman Abramoviç 95 milyon avroluq təklifi müsbət cavablandırmayıb.

Xəbərdə o da qeyd olunub  ki, D.Kostanı satmağı düşünməyən “Çelsi” yaxın günlərdə ispan hücumçuya yeni müqavilə təklif edəcək.

Qeyd edək ki, D.Kosta bu mövsüm İngiltərə Premyer Liqasında 18 oyunda 14 qol vurub, 5 qolun ötürməsini verib.

Gununsesi.info