İngiltərənin “Çelsi” klubu futbolçusu Marko van Ginkellə müqavilənin müddətini uzadıb.
Gununsesi.org London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Marko van Ginkel 2013-cü ildən “Çelsi”yə məxsusdur. O, bu müddət ərzində İtaliyanın “Milan” Niderlandın PSV və İngiltərənin “Stok Siti” klublarına icarəyə verilib. Ginkel 2018-ci ilin iyulunda dizindən əməliyyat olunub və o vaxtdan bəri heç bir matçda oynamayıb.
Gununsesi.org