“Çelsi”-“Qarabağ” oyununa getmək istəyənlərə ŞAD XƏBƏR

  • By admin
  • 29 Avqust 2017 15:16
59a552cc690d7_og-default
Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi “Çelsi”-“Qarabağ” futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib.
Bu barədə Gununsesi.info-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda “Çelsi”-“Qarabağ” oyunu keçiriləcək.
Gununsesi.info