“Çelsi” yeni futbolçusu ilə 7 illik müqavilə bağlayıb

  • By ilhame
  • 12 İyul 2024 20:31

İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “zadəganlar” müdafiəçi Renatu Veyqi ilə 7 illik müqavilə bağlayıb.

Qeyd edək ki, son mövsümü İsveçrə təmsilçisi “Bazel”də keçirən 20 yaşlı portuqaliyalı oyunçu meydana çıxdığı 26 matçda 2 qol vurub.

Gununsesi.info