“Çelsi”nin 13 oyunluq qələbə seriyasına son qoyuldu

  • By admin
  • 05 Yanvar 2017 10:01

celsi-1

Yanvarın 5-də İngiltərə Premyer Liqasında 20-ci turun sonuncu matçı keçirilib.

Gununsesi.info xəbər verir ki, turun son görüşündə Londonun iki təmsilçisi – “Tottenhem” ilə “Çelsi” qarşılaşıb. Oynadığı son 13 matçda qələbə qazanan Antonio Kontenin yetirmələri bu uğurlu seriyanın davamını gətirə bilməyiblər. “Tottenhem”in gənc yarımmüdafiəçisi Dele Alli matçda dubl edərək komandasına 2:0 hesablı qələbə qazandırıb.

Məğlubiyyətə baxmayaraq, “Çelsi” klubu 49 xalla liderliyini davam etdirir. Onu ikinci pillədə qərarlaşan “Liverpul”dan 5 xal ayırır. “Tottenhem” isə bu qələbə sayəsində turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

Gununsesi.info