“Çelsi”nin məşqinə ciddi nəzarət:150 POLİS STADİONA CƏLB EDİLDİ

“Çelsi”nin məşqinə ciddi nəzarət:

“Çelsi” Çempionlar Liqasının qrup mərhələsinin5-ci turunda təmsilçimiz “Qarabağ”ın qonağı olacaq.

Gununsesi.info xəbər verir ki, London klubu oyunöncəsi son məşqini bu gün saat 15:00-da “Bakcell Arena”da keçirəcək. Son məşqin Bakı Olimpiya Stadionunda deyil, “Bakcell Arena”da keçirilmə istəyini “zadəganlar”ın baş məşqçisi Antonio Konte istəyib.

“Çelsi”nin məşqi qapalı olacaq. Stadiona məşq zamanı 150 polis əməkdaşı və 20 stüart nəzarət edəcək.

Qeyd edək ki, qarşılaşma sabah Bakı Olimpiya Stadionunda saat 21:00-da keçiriləcək.

Gununsesi.info

COMMENTS