Çelyabinsk vilayətində dəmir yolunda yanacaq tankerinin qəzası nəticəsində 10-dan çox insan xəsarət alıb

  • By Admin2
  • 19 Yanvar 2026 12:12

Çelyabinsk vilayətinin Korkinski rayonunda dəmir yolu keçidinin yaxınlığında avtobus, yanacaq daşıyan maşın və minik avtomobili toqquşub.

Bu barədə məlumatı Gununsesi.info xarici mediaya istinadən məlumat verir.

Bildirilir ki, şahidlərin sözlərinə görə, hadisə yerindən 14 yaralı çıxarılıb.

Yaralıların artacağı istisna edilmir.

Xilasetmə işləri davam edir.

Gununsesi.info