
Hazırda “Arif v 216” adlı filminin çəkilişləriylə məşğul olan ünlü oyunçu Cem Yılmaz sosial media hesabından paylaşdığı fotoyla təqibçilərini illər öncəsinə götürüb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, özəlliklə film çəkilişlərinə başladıqdan sonra sosial media hesabını aktiv bir şəkildə istifadə etməyə başlayan və təqibçiləriylə setdən çox sayda foto paylaşan Yılmaz yaydığı son paylaşımı ilə hər kəsi şaşırdıb.
Yenə bir setdə çəkilmiş olan xarirə fotosunu hesabına yükləyən Yılmaz onunla ilgili açıqlama verərək, qafaların qarışmasını da əngəlləyib.
Yılmaz 2001-ci ildə “Telsim”in reklam filmi üçün çalışdığı sırada çəkilmiş fotonu “2001 Telsim reklamı seti… Ali abi və mən! Bu gün əlimə keçdi. Çağatay Odabaşa təşəkkürlər” notuyla paylaşıb.
Fotoda ünlü komedisyənin arxasında reklamçı Ali Taran görülür.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info