Türkiyənin komediya ustası, ssenarist və rejisoru Cem Yılmazla məşhur aktrisa Serenay Sarıkaya arasında münasibətlərlə bağlı yeni iddia gündəmə çevrilib. Şayiələrə görə, cütlük yaxın günlərdə nikah masasına oturacaq.
Gununsesi.org bildirir ki, bu barədə “Posta” xəbər yayıb.
Qeyd edək ki, Cem Yılmaz 2013-cü ildə aktrisa Ahu Yağtudan boşanıb.
Serenay Sarıkaya isə 3,5 il münasibətdə olduğu aktyor Kərəm Bursinlə evliliyi düşünmədiyini demişdi.