Cəmil Həsənlinin ölkədən çıxışına “stop” qoyuldu - ÖZÜ DƏ DTX-ya ÇAĞIRILDI

  • By Ayshan
  • 30 Noyabr 2025 14:46

Milli Şuranın Koordinasiya Şurasının üzvü, professor Cəmil Həsənlinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

 

Gununsesi.info xəbər verir ki, C.Həsənli sosial şəbəkədə bildirib ki, bu gün aeroportda ölkəni tərk etmək istəyərkən ona qarşı çıxış qadağası tətbiq edildiyi bildirilib.

O qeyd edib ki, ailə tədbiri ilə bağlı Dubaya gedirmiş. Məhdudiyyətin tətbiq olunma səbəbini dəqiq bilsə də, buna dair rəsmi bildiriş verilməyib.

Cəmil Həsənli əlavə edib ki, onu Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət ediblər və evində axtarış aparılması ehtimalı barədə də məlumat alıb:

 

Qryd edək ki, dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, daha sonra onlar DTX-də dindiriliblər.

 

Məlumata görə, proses Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

 

Digər məlumata görə, dünən axşam saatlarında Milli Şuranın daha bir üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb və Azərbaycana deport olunmaq üçün İstanbul Arnavutköy miqrasiya məntəqəsinə aparılıb.

 

Hazırda məsələ ilə bağlı rəsmi təsdiq və ya açıqlama yoxdur.

 

 

Gununsesi.info