Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bəlli olub

  • By admin
  • 15 İyun 2022 14:17

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Gununsesi.info-nun xəbərinə görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda I təsnifat mərhələsində Polşa “Lex”ini keçəcəyi təqdirdə növbəti raundda “Sürix” (İsveçrə) ilə görüşəcək.

Azərbaycan çempionu II təsnifat mərhələsində ilk matçını evdə oynamalıdır.

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.

Gununsesi.info