Çempionlar Liqası: Bu gün ilk finalçı məlum olacaq

  • By admin
  • 16 May 2023 10:15

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Gununsesi.info xəbər verir ki, turnirin ilk finalçısı İtaliyada bəlli olacaq. Birinci oyunda “İnter”ə 0:2 hesabı ilə uduzan “Milan” məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

“Cüzeppe Meatsa”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

16 may

23:00. “İnter” (İtaliya) – “Milan” (İtaliya)

Baş hakim: Kleman Türpen (Fransa)

Milan, “Cüzeppe Meatsa” stadionu

İlk oyun – 2:0

Qeyd edək ki, yarımfinalın sabah keçiriləcək digər oyununda İspaniya “Real”ı (Madrid) İngiltərədə “Mançester Siti”nin qonağı olacaq.

Gununsesi.info