Çempionlar Liqası: “Çelsi”yə qalib gəlir

  • By Ayshan
  • 05 Noyabr 2025 22:38

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin “Çelsi” klubu ilə üz-üzə gələcək.

Gununsesi.info -nun məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.

Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”nı (3:2), II turda Bakıda Danimarkanın “Kopenhagen” kollektivini (2:0) məğlub edib. “Köhlən atlar” III turda İspaniyada “Atletik”ə (1:3) uduzub.

Çempionlar Liqası
Liqa mərhələsi, IV tur