Çempionlar Liqası və Avropa Liqası dayandırıla bilər

  • By admin
  • 25 Fevral 2020 22:57

Çempionlar Liqası və Avropa Liqası turniri dayandırıla bilər.

Gununsesiaz.info-nun məlumatına görə, bunu UEFA-nın vitse-prezidenti Mişel Uva deyib.

O bildirib ki, koronavirus Avropa ölkələrində yayılmaqda davam edərsə, UEFA-nın bayrağı altında təşkil edilən klub turnirləri qeyri-müəyyən vaxta qədər keçirilməyəcək: “Hazırda gözləmə mərhələsindəyik, vəziyyəti izləyirik. Futbol oyunları ölkələrin qanunlarına uyğunlaşdırılmalıdır. Əlbəttə ki, dayanmamağa çalışırıq. Ancaq vəziyyət pisləşərsə, turnirləri dayandırmalı olacağıq”.

Koronavirusla bağlı problem yaya qədər səngiməsə, hətta AVRO-2020-nin baş tutmaması da mümkündür.

Qeyd edək ki, hazırda Çempionlar Liqasında 1/8, Avropa Liqasında isə 1/16 final mərhələsinin mübarizəsi davam edir.

 

 

Gununsesiaz.info