Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı müəyyənləşdi

  • By arzu
  • 26 May 2020 18:02

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı məlum olub.

Gununsesi.org-un “Report”a istinadən məlumatına görə, qarşılaşmalar 13-14 avqust tarixlərində keçiriləcək.

Matçlar azarkeşsiz oynanılacaq və neytral stadionlarda olacaq. Yarımfinal və final görüşlərinin isə əvvəlcədən məlum olduğu kimi, İstanbulda təşkil olunacağı gözlənilir.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb.

Gununsesi.org