![](https://www.gununsesi.info/wp-content/uploads/2023/11/cempionlar-liqasi.jpg)
UEFA Çempionlar Liqasında bu həftənin oyunçusunu adını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermədə PSJ-dən Usman Dembele 1-ci olub.
O, səsvermədə “Borussiya”sından Yulian Brandt, “Bavariya”dan Yoşua Kimmix , “Real”dan Federiko Valverdeni qabaqlayıb.
Qeyd edək ki, Dembele ÇL-in 1/4 finalında “Barselona”ya 4:1 hesabı ilə qalib gəldikləri cavab oyununda 1 qol vurub.
Gununsesi.info