
Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən “Lester”in qapıçısı Kasper Şmeyxel ən yaxşı futbolçu seçilib.
O, səslərin 36 faizini toplayıb. Yan Oblak (“Atletiko” Madrid) 31 faizlə 2-ci, Kulian Mbappe (“Monako”) 18 faiz səslə 3-cü olub.
Qeyd edək ki, danimarkalı qolkiper Çempionlar Liqasının 1/8 finalında “Sevilya” ilə hər iki matçda penaltini dəf edərək komandasının mərhələ adlamasında böyük pay sahibi olub.
Gununsesi.info