Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib.
Gununsesi.info-nun məlumatına görə, UEFA III turun oyunlarından sonra azarkeşlər arasında aparılan səsvermənin nəticəsini açıqlayıb.
Həftənin oyunçusu adına “Liverpul”un hücumçusu Dioqo Jota layiq görülüb. O, “Atalanta” ilə səfər matçında het-trik edərək, buna nail olub. Jota müvafiq olaraq Alassane Plea (“Borussiya”, Mönhenqladbax), Erlinq Haland (“Borussiya”, Dortmund) və Yussef En-Nesirini (“Sevilya”) qabaqlayıb.
Qeyd edək ki, Dioqo Jota “Liverpul”a mövsümün əvvəlində “Vulverhempton”dan keçib.
Gununsesi.info