Çempionlar Liqasında həftənin oyunçusu açıqlandı

  • By admin
  • 29 Noyabr 2019 17:11

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun ən yaxşı oyunçusu bəlli olub.

Gununsesi.org UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həftənin ən yaxşı futbolçusu “Bavariya”nın hücumçusu Robert Levandovski  seçilib. O, Lionel Messi (“Barselona”), Keylor Navas (PSJ) və Romero Lukakunu (“İnter”) qabaqlayıb.

Qeyd edək ki, polşalı forvard son turda “Srvena Zvezda” ilə görüşdə (6:0) 4 qol vurub.

Gununsesi.org