Çempionlar Liqasındakı rəqiblər bəlli oldu

  • By Admin08
  • 01 Sentyabr 2025 22:15

Bu gün minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan komandaları “Birbaşa Bakı”, “Zirə” və “AzNur”un da rəqibləri bəlli olub.

“Birbaşa Bakı” “Red Star Belqrad” (Serbiya), “Portu” (Portuqaliya) və “Rımniku Vılça” (Rumıniya) komandaları ilə eyni qrupda yer alıb.

“Zirə” “Red Meat Afula” (İsrail), “MF 22 Jakmart Humenne” (Slovakiya) və “Budapeşt” (Macarıstan) klubları ilə qarşılaşacaq.

“Aznur”un rəqibləri isə “Almatı” (Qazaxıstan), “Oviedo” (İspaniya) və “Hoverla Zak Praqa” (Çexiya) kollektivləri olub.

Qeyd edək ki, Çempionlar Liqası sentyabrda Bolqarıstanın paytaxtı Sofiyada gerçəkləşəcək.

Gununsesi.info