Çempionlar Liqasının birincisi

  • By admin
  • 02 İyun 2019 12:13

“Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi Çempionlar Liqasının cari mövsümünü turnirin bombardirlər siyahısında birinci yerdə bitirib.

“Gununsesi.org”un “Rengum” xəbər agentliyinə istinadən məlumatına görə, futbolçu 10 oyun ərzində 12 qol vurdub.

İkinci yeri Amsterdamın “Ayaks” komandasının serbiyalı hücumçusu Duşan Tadiç tutub. O, 18 oyuna 9 qol vurmağa nail olub. Mövsümü üçüncü sırada Münhenin “Bavariya” komandasının polşalı forvardı Robert Levandovski 8 oyuna 8 qol vurmaqla başa vurub.