Çempionlar Liqasının formatı dəyişdirilə bilər

  • By admin
  • 28 May 2021 09:10

Çempionlar Liqasının formatı dəyişdirilə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda ciddi şəkildə müzakirə edilən mümkün dəyişikliklərə əsasən, turnirin yarımfinalı çərçivəsində iki yox, bir oyun keçiriləcək, cavab görüşləri ləğv olunacaq. Yarımfinal və final matçları bir həftə ərzində eyni şəhərdə baş tutacaq.

Həmçinin, oyunlar konsertlər, əfsanəvi futbolçuların çıxışları kimi əlavə tədbirlərlə müşayət olunacaq.

Qeyd edək ki, 2019/20-ci illər mövsümünün həlledici qarşılaşmaları məhz qeyd olunan formatda Lissabonda təşkil olunub.

Mövcud dəyişiklik UEFA tərəfindən 2024-cü ildə ediləcək.

Gununsesi.info