Çempionlar Liqasının püşkü yenidən atıldı - CÜTLÜKLƏR DƏYİŞDİ

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü yenidən atılıb.

Gununsesi.info xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda püşkdə 8 cüt təşkil edib.

HTML tutorial

Qrup qalibi olan komandalar ikinci yerin sahibləri ilə qarşılaşacaq. İlk oyunlar səpələnməmişlər səbətində yer alan ikincilərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar üz-üzə gələ bilməz.

Tədbir gün ərzində ikinci dəfə baş tutub. Buna püşk zamanı buraxılan kobud səhv səbəb olub. “Mançester Yunayted” və “Liverpul”un şarlarını səhv salan UEFA “Vilyarreal”la “Atletiko”nun mümkün rəqiblərinin siyahılarında xətalar buraxıb. Bu üzdən püşkatma 3 saatdan sonra yenidən təkrarlanıb.

Çempionlar Liqası
1/8 final
“Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya)
“Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə)
“Benfika” (Portuqaliya) – “Ayaks” (Niderland)
“Çelsi” (İngiltərə) – “Lill” (Fransa)
“Atletiko” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
“Vilyarreal” (İspaniya) – “Yuventus” (İtaliya)
“İnter” (İtaliya) – “Liverpul” (İngiltərə)
PSJ (Fransa) – “Real” (İspaniya)

***

Xatırladaq ki, ilk püşkün nəticəsi belə kidi:

“Benfika” (Portuqaliya) – “Real” (İspaniya)
“Vilyarreal” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
“Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya)
“Zalsburq” (Avstriya) – “Liverpul” (İngiltərə)
“İnter” (İtaliya) – “Ayaks” (Niderland)
“Sportinq” (Portuqaliya) – “Yuventus” (İtaliya)
“Çelsi” (İngiltərə) – “Lill” (Fransa)
PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları gələn il fevralın 15-16-da və 22-23-də, cavab görüşləri martın 8-9-da və 15-16-da keçiriləcək.

Gununsesi.info