Çempionlar Yelo Bank-da! -FOTO

Əməkdaşlar arasında sağlam həyat tərzinin təbliği üçün “Push30” şirkətinin dəstəyi ilə Yelo Bank-da “Healthy Talks” tədbiri həyata keçirildi. Tədbirdə dünya və Avropa çempionları, həmçinin, beynəlxalq dərəcəli məşqçilər spiker kimi çıxış etdilər. Tamaşaçı qismində Bankın əməkdaşları ilə yanaşı tanınmış idmançılar və məşqçilər də iştirak edirdilər.

Tədbirin spikerləri arasında MMA idman növü üzrə Dünya, Avropa və Avrasiya çempionu Tofiq Musayev, Pauerliftinq üzrə Dünya və Avropa rekordçusu Rövşən Xəlilov, Dünya və Avropa kubokunun sahibi Ramil Əhmədov, Karate üzrə Dünya və Avropa çempionatının mükafatçısı Şahin Atamov və idman təlimçiləri yer alırdı. İki paneldən ibarət tədbir “Push30” nümayəndələrinin çıxışı ilə başladı. Daha sonra spikerlərin maraqlı təqdimatlarının ardınca sual-cavab sessiyası və hədiyyəli müsabiqələr təşkil edildi. Panellər arası fasilədə müxtəlif şirkətlərin iştirakı ilə sağlam qida yarmarkası keçirildi.

Qeyd edək ki, Yelo Bank “Push30” şirkətinin korporativ üzvüdür. Əməkdaşlar bu platformaya daxil olan fitnes və sağlamlıq mərkəzlərində bir çox imtiyazlardan faydalana bilirlər.

 


Bank xidmətləri, eləcə də kart məhsulları haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Gununsesi.info