

Gununsesi.info “Anadolu”-ya istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTR) prezidenti Mustafa Akıncı və yunan kiprinin lideri Nikos Anastasiyanın iştirakı ilə 3 günlük danışıqlara başlanılıb.
Müzakirələrdə tərəflərin sərhədləri müəyyən etmək məsələsi müzakirə olunacaq.
Bununla bağlı tərəflərin yanvarın 11-də ümumi razılığa gələcəyi gözlənilir. Yanvarın 12-də isə Kipr məsələsində qarantiya rolunda çıxış edən Türkiyə, İngiltərə və Yunanıstanın iştirakı ilə beynəlxalq konfrans keçiriləcək. Konfransa BMT TŞ üzvlərinin qatılacağı gözlənilir.
Onu da qeyd edək ki, Ankara Kipr danışıqları ilə bağlı mövqeyini açıqlayıb. Türkiyənin xarici işlər naziri bu gün 9-cu diplomatlar konfransında çıxışında deyib ki, Cenevrə danışıqlarının yekun qərarından asılı olmayaraq, Türkiyə Şimali Kipr türklərinin taleyinə biganə qalmayacaq və onları sahibsiz buraxamayacaq:
“Bununla bağlı iradə ortadadır və kimsənin buna şübhəsi olmasın”.