Cenevrə danışıqları təxirə salındı

  • By admin
  • 17 İyul 2022 09:25

Cenevrədə Suriya konstitusiya komitəsinin növbəti iclası təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, bu məlumatı BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Heyr Pedersen təsdiqləyib. O, danışıqların təxirə salınmasının səbəblərini açıqlamayıb.

İsveçrə mətbuatının məlumatına görə, Suriya hökumətini dəstəkləyən Rusiya tərəfi hələ iyun ayında danışıqların məkanının dəyişdirilməsi təklifini irəli sürüb. Buna səbəb kimi İsveçrənin öz neytrallığını itirməsi göstərilib.

İlkin olaraq iyulun 25-dən 29-dək nəzərdə tutulan danışıqlarda Suriyanın hökumət, müxalifət və vətəndaş cəmiyyətinin təmsilçiləri sayca doqquzuncu dəfə bir araya gəlməli idilər.

Gununsesi.info