Cengiz Ünder “Lester Siti”də - VİDEO

  • By admin
  • 20 Sentyabr 2020 13:10

Türkiyə yığmasının və “Roma” klubunun futbolçusu Cengiz Ünder karyerasını “Lester Siti”də davam etdirəcək.

Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçinin icarəyə götürüldüyü bildirilib. Müqaviləyə görə, türkiyəli oyunçu mövsümün sonunadək İngiltərə təmsilçisində oynayacaq.

Qeyd edeək ki, C.Ünder 2016-cı ildən Türkiyə millisində çıxış edir. O, “Roma”ya 2017-ci ildə “Başakşəhər”dən keçib.

Gununsesi.info