Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi – FOTO/VİDEO

  • By admin
  • 14 Noyabr 2019 16:58

“Hollywood Reporter” dərgisi ekranların və səhnənin altı ulduzunu bir fotoya sığışdırıb.

52 yaşlı Lora Dern, 34 yaşlı Skarlett Yohansson, 50 yaşlı Renee Zellveger, 31 yaşlı Aquafina, 36 yaşlı Lupita Niongo və 50 yaşlı Cennifer Lopez fotosessiyada iştirak edərək, şou-biznesdəki həyatlarını müzakirə ediblər.

Cey Lo həmsöhbətlərinə bir dəfə təcavüz qurbanı olmasından danışıb. Aktrisa filmdə çəkilməyə hazırlaşarkən, rejissorla görüşlərin birində ondan “toples” çəkilməsini xahiş edib. Pop ulduz əvvəlcə qorxduğunu etiraf edib və sonra Bronksda böyüyən bir qızın etməli olduğu işi etdiyini dilə gətirib.

“Rejissor sinəmi görmək istədi və mən söylədim: “Xeyr! Biz çəkiliş meydançasında deyilik”. Özümü qoruya bildim. Yadımdadır, o anda çox qorxmuşdum. Yeri gəlmişkən, yanımızda bir kostyum dizayneri də var idi. Xoşbəxtlikdən, mən Bronksdanam, buna görə də qətiyyətli bir cavab verə bildim”, – deyə Lopez xatirələrini bölüşüb.

Lopez “Striptiz oynayan qızlar” ekran işinin çəkilişlərində üzləşdiyi çətinliklərində də danışıb.

Renee Zellveger isə kinodakı işlərindən danışaraq, hər layihədə həvəskar kimi görünməkdən qorxduğunu açıq şəkildə etiraf etdi.

“Özünü başqa adam kimi təqdim etmək sindromu diqqətdən kənarda qalır. Deyəsən, hamı sizin saxta olduğunuzu təxmin edəcək və sizi işdən qovacaq”, – deyə “Cudi” filminin ulduzu söyləyib.

 

 

 

 

 

 

 

 

 

Gununsesi.org