
“Türkiyədə və Suriyada hər kəsə bütün sevgimi və gücümü göndərirəm. Bu, son 100 ilin ən böyük zəlzələsidir”.
Gununsesi.info xəbər verir ki, bunu dünyaca məşhur amerikalı müğənni Cennifer Lopez sosial şəbəkə hesabında paylaşıb.
O, Kahramanmaraşda baş verən zəlzələdə həlak olanlar üçün başsağlığı mesajı paylaşaraq, izləyicilərindən UNICEF-ə ianə vermələrini istəyib.
Xatırladaq ki, hazırda həlak olanların sayı 16 170, yaralıların sayı isə 64 194 nəfərə çatıb.

Gununsesi.info