
Cennifer Lopezə baxın və sadəcə onun imicini təkrarlayın – bu, misilsizdir!
Gununsesi.info xəbər verir ki, müğənni və nişanlısı Ben Afflek Beverli Hillsdəki italyan restoranında romantik şam yeməyinə gediblər. Cütlük çıxışda fotoqrafların kameralarının obyektivinə tuş gəlib.
Nə Lopez, nə də Afflek hisslərini gizlətməyə çalışıb. Ben sevgilisinin əlini bir an olsa belə buraxmayıb.
Cennifer həqiqətən heyrətamiz görünüb! Dar paltar onun möhtəşəm bədəninin bütün xətlərini önə çıxarıb: Cennifer beli vurğulamaq üçün paltara kəmər taxıb. Ayaqqabı kimi ulduz üstü şəffaf hündürdaban sandaletlər seçib. Sırıqlı məxmər çanta isə obrazın tamamlayıcısı rolunda çıxış edib. Bir sözlə, nümunə götürməyə dəyər!