Cenniferlə Şakira izləyicilərini təəccübləndirdi

  • By admin
  • 28 Sentyabr 2019 09:10

İki dünya ulduzu Cennifer Lopezlə Şakira 2020-ci il fevralın 2-də Super Bowl LIV-də eyni səhnəni bölüşəcəklər.

Gununsesi.org xəbər verir ki, müğənnilər hər kəsin həyəcanına səbəb olan bu xəbəri sosial şəbəkə vasitəsilə yayıblar. Amerikanın Milli Futbol Liqası olan Super Bowl hər il bir məşhurun səhnə performansı ilə izləyiciləri coşdurur. İndiyədək Super Bowl-un səhnəsində Beyons, Madonna, Keti Perri, Rollinq Stouns kimi tanınmışlar yer alıb.

Cenniferlə Şakiranın eyni səhnəni bölüşəcəyi xəbəri isə çoxları üçün gözlənilməz olub.

Gununsesi.org