
Türk Silahlı Qüvvələrinin bu gün səhər tezdən Suriyaya qarşı başladığı “Fırat Kalkanı” əməliyyatının ardından tankların köməyi ilə 4 köy-kənd ələ keçirilib. Bunun ardınca Cerablusa doğru yürüyən ÖSO birlikləri isə günortadan sonra adıçəkilən yaşayıq məntəqəsinin yüzdə 50-sini və bütün rəsmi qurumları ələ keçirib.
Gununsesi.info “Hurriyet”ə istinadən xəbər verir ki, ÖSO saat 19.30-dan etibarən Cerablusun tamamını ələ keçirdiyini açıqlayıb.
Türk Silahlı Qüvvələri (TSQ) Müştərək Özəl Görəv Qüvvələri və koalisyon hava qüvvələri tərəfindən Suriyanın Hələb şəhərinə bağlı Cerablus bölgəsinin terror örgütü IŞİD ünsürlərindan təmizlənməsi məqsədilə bu gün səhərə yaxın əməliyyata başlanılıb. Əməliyyata Türk tanklarının yanı sıra təxminən 5 min nəfərlik ÖSO və Türkmən birlikləri də qatılıb.
K. Həmzəoğlu
Gununsesi.info