

Türk ordusunu Suriyada ilk olaraq Suriyadakı Türkmən və Ərəb hərbi birlikləri qarşılayıb.
Gununsesi.info “Haberturk”-ə istinadən xəbər verir ki, Cerablus qəsəbəsində İŞİD mövqelərini məhv etmək üçün Suriya sərhədini keçən Türk ordusunu Türkmən və Ərəb hərbi birləşmələri qarşılayıb. Qollarında mavi lent bağlananlar Türkmənlər, qırmızı lent bağlananlar isə Ərəb birlikləri olub.
Məqsəd İŞİD-ə qarşı mübarizədə Türk ordusuna dəstək verməkdir.



Gununsesi.info