Çernobılda rus ordusuna AĞIR ZƏRBƏ: general Belarusa qaçdı - FOTO

  • By admin
  • 02 Mart 2022 17:42

Ukrayna hərbçiləri Çernobıl istiqamətində rusların komanda məntəqəsinə sarsıdıcı zərbələr endirib. 

Gununseso.info xəbər verir ki, bu barədə “Dumskaya” nəşri məlumat yayıb.

Komanda məntəqəsinin Dityatki kəndində olduğu qeyd edilir.

“Ukrayna Silahlı Qüvvələri Çernobıl yaxınlığındakı Dityatki kəndində rusların komanda məntəqəsini darmadağın edib. Şərq Hərbi Dairəsinin 36-cı Ordusunun Baş Qərargah rəisi, general-mayor Sergey Nırkov Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyatı zamanı Ukraynadan Belarusa, Mazır şəhərinə qaçıb. O, ordumuz tərəfindən məhv edilən şəxsi heyəti tərk edib” – məlumatda deyilir.

Gununsesi.info