Çernoqoriyada futbol klubunun qapıçısı məşq zamanı güllələnib

Çernoqoriyada futbol klubunun qapıçısı məşq zamanı güllələnib

00b89f17-9f57-444b-a5b1-61f5f5823c6b
Çernoqoriyanın birinci liqasında çıxış edən “Bokel” futbol klubunun qapıçısı Qoran Lenats meydanda açılan atəş nəticəsində dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə “Skalaradio” radiosuna istinadən “Çempionat” nəşri məlumat yayıb.
Hadisə məşq zamanı baş verib. Naməlum şəxs əvvəlcə ətrafdakıları qaçırtmaq üçün havaya bir neçə güllə atıb. Sonra isə meydana çıxaraq qapıçını hədəf alıb.
Həkimlər 33 yaşlı idmançının həyatını xilas etməyə çalışıblar, lakin o, xəstəxanada ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Kotor şəhərində qatili axtarırlar.

 

Gununsesi.info

COMMENTS