Cevdet Yılmaz və Hikmət Hacıyev ikitərəfli münasibətləri müzakirə ediblər

  • By ilhame
  • 10 İyun 2024 19:23

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “X” sosial şəbəkə hesabında bildirib.

 

“Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram”, – C. Yılmaz qeyd edib.

 

Görüş zamanı regional və qlobal məsələləri, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.

Gununsesi.info