Gununsesi.info “Anadolu”agentliyinə istinadən xəbər verir ki, qiyamçıların hökumət çevrilişinə cəhddə etiraz edən Yeni Şəfəq qəzetinin əməkdaşı Mustafa Cambaz əsgərlərinin açdığı atəş nəticəsində həyatını itirib. Bu barətə Yeni Şəfəq qəzetinin yayım müdiri İbrahim Karagül Twitter səhifəsində yazıb. İ.Karagul Mustafa Cambazın son mesajını da cəmiyyətə çatdırıb. M. Cambaz öz Twitter səhifəsində deyib ki, Ali Baş komandan Rəcəb Tayyib Ərdoğanın istəyi və əmri ilə küçələrə çıxırıq. M. Cambazın Çengelköydə əsgərlərin açdığı atəşdən həyatını itirdiyi bildirilir.
Gununsesi.info