Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı iki səfir işdən çıxarılıb.
Gununsesi.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlardan biri 2012-2014-cü illərdə Türkiyənin Kanadadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Tuncay Babalıdır.
Digəri isə Türkiyənin UNESCO yanında daimi nümayəndəsi olmuş səfir Gürcan Balıkdır.
Hazırda onların hər ikisi Türkiyə Xarici İşlər Nazirliyində çalışırdı.
Gununsesi.info