Çevriliş mətnini oxuyan aparıcı - SAXLANILDI

  • By admin
  • 12 Avqust 2016 10:53

cevrilis

Ankara Mütəşəkkil Cinayətkarlığa Qarşı Polis Şöbəsinin əməkdaşları Türkiyədə 15 iyul “FETÖ” terror təşkilatının törətdiyi cinayət işi ilə əlaqədar TRT televiziya kanalının 42 əməkdaşını saxlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən bildirir ki, saxlanılanlar arasında 15 iyul gecəsi qiyamçıların dövlət çevrilişi etməsi barədə mətnini efirdə səsləndirən TRT-nin tanınmış aparıcısı Tijen Karaş da var.

Saxlanılan şəxslər Ankara Təhlükəsizlik Xidmətinə gətiriliblər. Hazırda onların ifadələri alınır.

Qeyd edək ki, Ankara Prokurorluğu tərəfindən TRT-nin 42 əməkdaşı barəsində istintaq başlanıb.