“Hazırda dünya qlobal müharibənin astanasındadır”.
Gununsesi.info xəbər verir ki, bunu Çexiya əks-kəşfiyyatının rəhbəri Mixal Koudelka CTK xəbər agentliyinə müsahibəsində bildirib.
“Dünya qaynayır və qlobal münaqişə astanasında təhlükəli şəkildə irəliləyir. Bu vəziyyətdə Çexiya əks-kəşfiyyatı ölkə vətəndaşlarını qorumaq üçün mümkün olan hər şeyi etməyə davam edəcəkdir”, – deyə o qeyd edib.
O, Avropa üçün əsas təhlükələri Rusiya imperializmini, eləcə də İran, Çin və Rusiyadan təxribat və kəşfiyyat əməliyyatlarını göstərib.
Gununsesi.info