Çexiya-Azərbaycan oyununu sloveniyalı hakimlər briqadası idarə edəcək

  • By admin
  • 05 Oktyabr 2016 16:56

cexiya

2018-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Çexiya milli komandaları arasında keçiriləcək matça hakim təyinatları müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, UEFA oktyabrın 11-də baş tutacaq qarşılaşmanı sloveniyalı hakimlər briqadasına həvalə edib.

Ostrava şəhərində keçiriləcək görüşdə baş hakim Matey Yuq olacaq. Ona Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər. Matçda 4-cü hakim funksiyasını Mitya Zqaneç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 11-də Ostrava şəhər stadionunda oynanılacaq matç saat 22:45-də başlanacaq.

Gununsesi.info