Çexiya-Azərbaycan qarşılaşması: 0-0 - Millimiz Çexiyadan bir xalla qayıdır

  • By admin
  • 12 Oktyabr 2016 00:55

cexi

Azərbaycanın futbol üzrə milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III oyununa çıxıb.

Gununsesi.info xəbər verir ki, bu gün yığmamız səfərdə Çexiya ilə qarşılaşıb.

Qrupdakı ilk iki matçında San Marino və Norveç üzərində minimal hesablı qələbələrə sevinərək 100% nəticə göstərən komandamızın səfər oyununda hesab açılmayıb 0-0.

Çətin səfərdən 1 xal qazanmaq belə Robert Prosineçkinin yetirmələri üçün uğur hesab olunur.

Futbolçularımızın Çexiyada uduzmaması artıq bir yubileyin qeyd olunması ilə nəticələnib. Belə ki, tarixi ərzində çıxış etdiyi bütün seçmə mərhələlərdə cəmi 9 dəfə səfərdə xala və qələbəyə sevinmiş seçməmiz bu dəfə yubileyi rəsmiləşdirib.

San-Marino ilə səfər, Norveçlə ev matçlarında qol buraxmayan yığmamız yenidən qapısını toxunulmaz saxlamağa bacarıb. Millimiz 3 seçmə oyununda qol buraxmamaqla, tarixinin rekordunu təkrarlayıb.

Onu da qeyd edək ki, çətin səfərdən 1 xal qazanan millimizin hazırda Almaniya ilə şərikli liderliyinin davam etdirəcək.

Görüşün baş hakimi Matej Juq olub. Ona həmyerliləri Tomaş Klançnik və Manuel Vidali kömək ediblər. Dördüncü hakim funksiyasını Mitja Zqaneç yerinə yetirib.

Gununsesi.info